Ru
22:26 / 13 Oktyabr 2025

Əliyev - Paşinyan görüşü: Erməni radikalları narahat edən nədir?

Əliyev - Paşinyan görüşü: Erməni radikalları narahat edən nədir?
Eye

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və sülh sazişini parafladıqdan sonrakı iki ay ərzində 4 dəfə görüşüb fikir mübadiləsi aparmaq imkanı qazanıblar.


Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.


O bildirib ki, iki ölkənin lideri Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar.


"İlin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkündür və bu, onlara fikir mübadiləsini davam etdirmək imkanı yaradacaq. Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır. Erməni radikallar Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da, buna qarşı arqumentləri yoxdur, çünki “bu görüşlər Ermənistanın maraqlarına ziddir” kimi məntiqsiz açıqlamaların onların işinə yaramayacağını anlayırlar".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar