Ru
18:13 / 10 Fevral 2026

Əliyev Vensi qarşıladı

Əliyev Vensi qarşıladı
Eye

Bu gün Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

Bakupost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Ceyms Devid Vensə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

Sonda rəsmi foto çəkdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar