Ru
11:37 / 16 Sentyabr 2020

ƏƏSMN-də yeni təyinat - FOTO

ƏƏSMN-də  yeni təyinat - FOTO
Eye

Elşən Allahverdiyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Sənədlər və müraciətlərlə iş departamenti”nin müdiri təyin edilib.

"BakuPost" xəbər verir ki, məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor, “Caspian Development Bank” və “Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyində Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar