Əməkdar artist: "Ermənilər azərbaycanlı olduğumu biləndə evimin şüşələrini sındırdılar" - VİDEO
3263
Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı Əməkdar artist Emil Əfrasiyab olub.
Bakupost.az xəbər verir ki, o, ABŞ-də yaşadığı dövrdə ermənilərin qaldığı evə hücum etdiklərini söyləyib:
"2013-cü ildə Kaliforniya ştatının Berkli Universitetində təhsil almağa başladım. Orada olduğum müddət ərzində ölkəmizi layiqincə təmsil etdim. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra orada yaşayan ermənilər azərbaycanlı olduğumu biləndə evimin şüşələrini sındırdılar. Mən də erməni kəndinə girib avtomobilimdə ən yüksək səslə Abbas Bağırovun "Cənnətim Qarabağ" mahnısını qoşdum. Bununla onlara "Qarabağ Azərbaycandır!" mesajını vermək istədim".
Emil Əfrasiyab, həmçinin atası ilə bağlı bəstələdiyi "Ataya məktub" əsərinin tarixçəsindən danışıb:
"Uşaq olanda atam Bethovenin "Ay işığı" sonatasına qulaq asardı. Mənə də "bu dünyadan köçəndə məzarıma piano gətirib "Ay işığı" sonatasını ifa et" demişdi. Təbii ki, bu baş vermədi. Amma atamı dəfn edəndə ağlıma bir melodiya gəldi. Lakin daha sonra onu unutdum. Yalnız valideynimin vəfatından bir il keçəndə həmin melodiyanı yuxuda gördüm. Bəziləri "Emil oğurluq edib" deyə bilər. Amma belə deyil, bunu qəsdən etmişəm"
Şərhlər
B.Qarabağlı
Urmiyaya (antikatolik vərdişlərinə görə (naməlum Sirtəki?) kilsə təqibində islamlara gizlənmiş haylar (Greqori qrupu-sektasına ayrılmış) haylar 1713cü ildən 1828ci ilə qədər kütləvi ailələrlə bütöv Azərbaycan, Qafqazda boyu hər kənd, uyezdə boş ev-mülklər və ya yerli geniş şəraitli-azsaylı ailələrə məskunlaşdırılıblar! İki əsr boyu daha minlərlə ailələr gəlib və yüz mindən çox qatışıq(ayrılmaz) ailələr dünyanın müxtəlif yerlərinə *səpələnib*lər. Emil Əfrasiyabın müxtəlif incəsənət nümayəndələri yetirmiş ailədən olmasını Bethovenin *Ay İşığı* sonatası üzərində *Ataya məktub*u təsdiqləmirmi?
.Nizami Aliev
Просто МОЛОДЕЦ ! Борьба за Родину не только оружием в руках и так же , одержать моральную Победу над" (хайизмом) хаями".