Ru
23:44 / 04 Sentyabr 2019

Əməkdar artistin oğlu küçə süpürməklə pul qazanır - VİDEO

2678

Əməkdar artist, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.

BakuPost
xəbər verir ki, sənətkarın oğlu Azxəbər.com-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.

Q.Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır:

“74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik “butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər”.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər