Ru
13:38 / 30 İyul 2025

Əməliyyata hazırlanan qız həkimləri şoka saldı - Yeni qan qrupu tapıldı

Əməliyyata hazırlanan qız həkimləri şoka saldı - Yeni qan qrupu tapıldı
Eye

Hindistanda bir qadında dünyada ilk dəfə rast gəlinən qan qrupu aşkarlanıb.


Bakupost.az xəbər verir ki, “The New Indian Express” nəşrinin məlumatına görə, yeni müəyyən edilmiş qan qrupu antigeninə “CRIB” adı verilib.

Bu kəşf xəstənin ürək əməliyyatına hazırlanması zamanı baş verib. Nəşr qeyd edir ki, pasiyentdə adi 0 Rh+ qan qrupu müəyyən edilsə də, bu qrupdan olan donorların heç birinin qanı transfuziya üçün uyğun gəlməyib.

Alimlər bu vəziyyəti araşdıraraq, qadının qanında daha əvvəl məlum olmayan bir antigenin olduğunu müəyyən ediblər. Bu, dünyada ilk dəfə qeydə alınan unikal qan qrupu kimi elmi ədəbiyyata düşüb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar