Ru
16:05 / 09 Fevral 2026

Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı

Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı
Eye

Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmə xəstəxanadan evə buraxılıb.


Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxə zəruri tibbi yardım göstərilib.O, fevralın 6-da ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Onlar Cəlilabad RMX-yə çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra onun özünün də ölüm xəbəri yayılıb. Məlum olub ki, o, saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb. Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar