“iPhone 17e” yaxın vaxtlarda təqdim olunduqdan sonra 599 dollar qiymətə satışa çıxarılacaq.
Bakupost.az “Bloomberg”in “Power On” bülleteninə istinadən xəbər verir ki, “Apple” “iPhone e” modelləri üçün qiyməti bu dəfə də 599 dollar səviyyəsində saxlayır. Onun sözlərinə görə, “iPhone 17e” artıq “iPhone 16e”nin davamçısı kimi tezliklə bazara çıxmalıdır və əvvəlki model ilə eyni qiymətə təqdim olunacaq.
Məlumata əsasən, “Apple” daha əlçatan qiymət seqmentinə aid yeni modeldə “MagSafe” simsiz enerji yığımı funksiyasını və “iPhone 17” əsas modelində istifadə olunan “A19” prosessorunu tətbiq edib. Bundan əlavə, “iPhone 17e” “Apple”ın öz istehsalı olan ən son mobil rabitə və simsiz əlaqə çipləri ilə təchiz ediləcək.
“iPhone 16e” ilə bağlı əvvəlki icmalda kamera imkanlarının məhdudluğu, xüsusilə də “iPhone 17” ilə müqayisədə, tənqid olunmuşdu. Lakin eyni 599 dollarlıq qiymətə “iPhone 17e”nin bir neçə mühüm texniki yenilik təqdim etməsi onu bazarda daha rəqabətqabiliyyətli edir.
“Apple” bu modeli əsasən inkişaf etməkdə olan bazarlara və korporativ istifadəçilərə yönəltməyi planlaşdırır. Şirkət xarici bazarlarda ciddi rəqabətlə üzləşsə də, Çində “iPhone” satışlarında yenidən artım müşahidə olunur.
Məlumatda qeyd edilir ki, “Apple” Asiya bazarında, xüsusilə Çin və Hindistanda, “iPhone” satışları ilə bağlı güclü göstəricilər gözləyir.
Mehin, BakuPost