Ru
21:37 / 25 İyul 2025

Epşteynə ad günü təbriki Klintonun başına bəla oldu

Epşteynə ad günü təbriki Klintonun başına bəla oldu
Eye

ABŞ-nin keçmiş prezidenti Bill Klinton maliyyəçi Cefri Epşteyni 2003-cü ildə ad günü münasibətilə təbrik edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Vall Strit Jurnal" məlumat yayıb.

Klintonun nümayəndəsi yayılan məlumatı şərh etməkdən imtina edib. O əlavə edib ki, keçmiş prezidentin Epşteynlə əlaqəsi sonuncunun 2019-cu ildə həbsindən on il əvvəl bitib. Bəyanatda həmçinin Klintonun Epşteynin cinayətlərindən xəbərsiz olduğu vurğulanıb.

Qeyd edək ki, Cefri Epşteyn milyarder maliyyəçidir. 2008-ci ildə o, azyaşlı qızları fahişəliyə cəlb etməkdə günahını etiraf edib və təqsirli bilinib. 2019-cu ildə isə yenidən həbs olunub və yeniyetmə qızları fahişəliyə cəlb etməkdə ittiham edilib. Bir neçə həftə sonra Epşteyn həbsxana kamerasında ölü tapılıb. Tibbi ekspertiza 66 yaşlı milyarderin ölümünü intihar kimi qiymətləndirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar