Ru
09:15 / 26 İyul 2025

Yağışla gələn təhlükə: Alimlər həyəcan təbili çalırlar

Yağışla gələn təhlükə: Alimlər həyəcan təbili çalırlar
Eye

"Yağış və qarla birlikdə triflorasetik turşunun miqdarı artır".

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, triflorasetik turşu (TFA) "əbədi kimyəvi maddələr" adlandırılan sintetik birləşmələr qrupuna aiddir. Bu maddələr ətraf mühitdə onilliklər, hətta əsrlər boyu parçalanmadan qala bilir.

TFA ətraf mühitə əsasən sənaye istehsalı və bəzi pestisidlərin parçalanması nəticəsində yayılır.

Məlumata görə, son illərdə bu turşunun miqdarı, məsələn, Almaniyada ağac yarpaqlarında 5-10 dəfə artıb. Bu fakt ekoloqlar arasında ciddi narahatlıq doğurur.

TFA həm suda, həm torpaqda, həm də insan qanında toplanaraq uzun müddət qalıcılığını saxlayır, çünki təbii yollarla parçalanmır. Tədqiqatlar göstərir ki, bu maddə bitkilərin böyüməsini ləngidə və su orqanizmlərinə zərər verə bilər.

Hazırda Avropada alimlər triflorasetik turşunun toksik maddələr siyahısına salınması məsələsini müzakirə edirlər. Çünki bu birləşmənin həm insanların, həm də heyvanların reproduktiv qabiliyyətinə və ümumilikdə ekosistemə mənfi təsir göstərdiyi artıq sübut olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar