Ru
14:25 / 26 İyul 2025

İstirahətə getdiyi ölkədə qəfil vəfat etdi

İstirahətə getdiyi ölkədə qəfil vəfat etdi
Eye

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Gülnarə Nizami qızı Əliyeva Türkiyədə vəfat edib.

Bakupost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.

Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimənin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş.

Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəlliməsi və direktor müavini kimi fəaliyyət göstərib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar