Ru
13:06 / 26 İyul 2025

Azərbaycanlı iş adamları bu ölkədən qaçır

Azərbaycanlı iş adamları bu ölkədən qaçır
Eye

Azərbaycanlı iş adamları, xüsusilə maddi imkanları geniş olan şəxslər Rusiyanı kütləvi şəkildə tərk edirlər.

Bakupost.az xəbər verir ki, bu barədə axar.az-a özəl mənbədən daxil olan məlumatda bildirilir.

Mənbə vurğulayıb ki, İsgəndər Xəlilov olayı başlanğıcdır:

“Rusiyadakı azərbaycanlı iş adamlarının siyahısı hazırlanıb. Onların ofislərinə ardıcıllıqla basqın ediləcək. İsgəndər Xəlilovun ətrafında baş verən hadisələr Yekaterinqburqdan sonra bu prosesin bütün ölkə üzrə davam edəcəyinin siqnalıdır. Bu səbəbdən Rusiyadakı azərbaycanlı iş adamlarının böyük əksəriyyəti ailə üzvləri ilə Rusiyanı tərk edir”.

Qeyd edək ki, “Railgo” şirkətinə basqın edildiyi haqda məlumat yaymışdı. Bunun ardınca İsgəndər Xəlilovun ailəsi ilə birgə Azərbaycana qayıtdığı üzə çıxdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar