Türkiyədə Yeni Partiyasının sədri Özgür Özəl, partiyanın Ərzincan üzrə keçmiş millət vəkili Mustafa Sarıgülün oğlu Əmir Sarıgülü məhkəməyə verib.
"Bakupost" xəbər verir ki, bu barədə Yeni Partiyanın bəyanatında bildirilib.
Qeyd olunub ki, Özəl Ə.Sarıgülün ona böhtan atdığını iddia edərək, şəxsi hüquqlarının pozulması səbəbindən 1 milyon türk lirəsi məbləğində mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmə iddiası qaldıracaq:
“Tamamilə başqa bir araşdırma gedişatında həmin şəxsin sədrimizi hədəf alan iki ayrı ifadə verməsi və bunların daha sonra hökumətyönlü mediada dərc olunması bunun əvvəlcədən təşkil edilmiş bir quraşdırma olduğunu açıq şəkildə göstərir. Bu böhtanı atanlar, buna təhrik edənlər və bunu yayımlayanların hamısı nüfuz sui-qəsdinə şərikdirlər. Ana müxalifət partiyasının liderini hədəf alan bu qarayaxma kampaniyasının arxasında duranların məsuliyyətə cəlb olunması üçün bütün zəruri addımları atacağıq”.
Qeyd edək ki, Sarıgül ailəsi ilə bağlı başladılan istintaq çərçivəsində Ə.Sarıgül ifadəsində atası Mustada Sarıgülün Özgül Özələ külli miqdarda pul verdiyini iddia etmişdi.