Ru
14:06 / 26 İyul 2025

Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edəcək? - AÇIQLAMA

Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edəcək? - AÇIQLAMA
Eye

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o, Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir.

"Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - o vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar