Nyu-York həbsxanasında maliyyəçi Ceffri Epşteynin kamera yoldaşı olmuş Nikolas Tartalyon biznesmenin ehtimal olunan ölümqabağı qeydinin məzmunu barədə danışıb.
Onun sözlərinə görə, o, məktubu 2019-cu ilin iyulunda, Epşteyn huşsuz vəziyyətdə tapıldıqdan sonra aşkar edib. Bu hadisədən sonra Epşteyn həbsxananın digər hissəsinə köçürülüb və intihar riski səbəbindən nəzarət altına alınıb.
Tartalyon qeyd edib ki, yazı bir qrafik romanın (komiksin) içində gizlədilibmiş. "Mən kitabı oxumaq üçün açdım və məktub orada idi", - o bildirib.
O, həmçinin dəqiqləşdirib ki, bu, qeyd dəftərindən qopardılmış sarı vərəqə olub.
Tartalyonun iddiasına görə, Epşteyn qeyddə müstəntiqlərin aylarla davam edən işinə rəğmən "heç nə tapmadıqlarını" vurğulayıb.
"Məndən nə etməyimi istəyirsiniz, hönkür-hönkür ağlayım? Vidalaşmaq vaxtıdır", - o, məktubun məzmunundan sitat gətirib.
Hesab olunur ki, maliyyəçi Ceffri Epşteyn yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə məşğul olan cinayət şəbəkəsi yaradıb. Onun keçmiş prezidentlər, siyasətçilər, kral ailəsi üzvləri və milyarderlərlə sıx əlaqələri olub. 2026-cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi iş üzrə yeni məxfi sənədləri dərc edib.