Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərində yerləşən universitetlə tanış olub.
Nümayəndələr tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçiriblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək qonaqları salamlayıb və ali təhsil ocağının tədris prosesində əldə etdiyi uğurlar, habelə növbəti dövrdə qarşıya qoyulan hədəflərindən bəhs edib.
Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universitetinin incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi nömrələrini dinləyiblər.