Ru
17:23 / 01 May 2026

Kremlin 9 may təşvişi: Deputatların paradda iştirakına qadağa qoyuldu

Kremlin 9 may təşvişi: Deputatların paradda iştirakına qadağa qoyuldu
Eye

Moskvada keçirilməsi gözlənilən 9 may Qələbə paradında heç də bütün rəsmilərin iştirakı gözlənilmir. Dövlət Dumasının deputatları Moskvada Qırmızı Meydanda keçiriləcək 9 may Qələbə paradına qatılmayacaqlar.

Bakupost.az xəbər verir ki, bu haqda rusiyalı jurnalist Kseniya Sobçak teleqramda məlumat yayıb.

“Fraksiyalardan ofislərdən birindəki mənbənin məlumatına görə, onların Qırmızı Meydana buraxılmayacağı barədə məlumat verilib”, - o bildirib.

Xatırladaq ki, Dövlət Dumasının deputatları bu günə qədər keçirilən Qələbə paradlarında iştirak ediblər.

Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, Duma deputatlarına münasibətdə belə yanaşma təhlükəsizlik məsələsində mövcud olan konkret boşluqlardan qaynaqlanır:

“Parad keçirilən an əraziyə dronların düşməsi ehtimalı fonunda Prezident Vladimir Putinin təhlükəsizliyini təmin etmək böyük təşviş yaradacaq. Bu fonda isə təhlükəsizlik məsələsində boşluqların olduğu da ortaya çıxacaq”.
Ekspert hesab edir ki, bu parad dekorativ xarakter daşıyacaq:

“Kəşfiyyat orqanları Putini qorxudaraq inandırmağa çalışıblar ki, paradın miqyası maksimum kiçildilsin və sadəcə dekorativ, qısa xarakter daşısın. Çünki hər hansı bir dronun Qırmızı Meydanda partlaması Rusiya dövləti, ordusu və təhlükəsizlik orqanlarının nə qədər aciz olduğunu bütün dünyaya nümayiş etdirəcək.

Ona görə də Kreml rəsmiləri belə addımla özlərini sığortalamağa çalışırlar. Kreml və Qırmızı Meydan Rusiyanın ən güclü havadan müdafiə sistemlərilə əhatə olunub. Bunların fonunda hər hansı bir dronun meydana düşməsi böyük təşviş yaradar”.

Hətta politoloq paradın ümumiyyətlə keçirilməyəcəyini də istisna etmədi:

“Ola da bilsin rəsmi parad ümumiyyətlə keçirilməsin. Sadəcə əvvəlcədən çəkilmiş yalançı videolar efirə təqdim olunmaqla guya parad keçirilirmiş kimi bir təqdimat ortaya qoyacaqlar. Bu cür konservləşdirilmiş videolar Rusiya kəşfiyyat orqanları üçün heç də yeni deyil. Dəfələrlə Putinin öncədən etdiyi çıxışları aylar keçəndən sonra yeni çıxış kimi təqdim ediblər. Parad zamanı da bunu edəcəkləri istisna deyil”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar