İran dialoqda vasitəçi rolunu oynayan Pakistana ABŞ ilə danışıqlar üçün yeni təkliflər mətnini təqdim edib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı İRNA agentliyi yayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ötən gün verdiyi açıqlamada vurğulayıb ki, ABŞ ilə danışıqlarda Tehran üçün əsas prioritet müharibənin dayandırılması və davamlı sülhə nail olunmasıdır.
Bu təşəbbüs regionda gərginliyin azaldılması istiqamətində atılan növbəti diplomatik addım kimi qiymətləndirilir.
Xatırladaq ki, ötən ay ABŞ və İran arasında keçirilən birbaşa danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Hazırda Pakistan iki ölkə arasında diplomatik əlaqələrin qurulması üçün vasitəçilik missiyasını davam etdirir.