Ru
18:24 / 01 May 2026

Oqtay Əsədov 22 illik vəzifəsindən getdi - Foto

Oqtay Əsədov 22 illik vəzifəsindən getdi - Foto
Eye

Mayın 1-də Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.


Bakupost.az xəbər verir ki, yığıncaqda federasiyaya yeni rəhbər seçilib.

Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.

22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədov isə prezidentlik üçün namizədliyini təqdim etməyib və vəzifəsindən gedib.

Qeyd edək ki, yeni prezident Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar