Naxçıvan Muxtar Respublika Xəstəxanasına yeni direktor təyin olunub.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Səxavət Məmmədzadə gətirilib.