Ru
16:21 / 27 İyul 2025

Ərdoğan Makronla danışdı

Ərdoğan Makronla danışdı
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, danışıq zamanı Qəzzadakı son vəziyyət və bölgədəki inkişaflar müzakirə olunub.

Prezident Ərdoğan söhbət zamanı Fransa prezidentini Fələstini dövlət olaraq tanımaq qərarına görə təbrik edib.

Ərdoğan Qəzzadakı humanitar vəziyyətin daha da ağırlaşdığını vurğulayaraq, bu məsələnin təcili həlli üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini ifadə edib.

Prezident bildirib ki, İsrail və Fələstin arasındakı münaqişəyə son qoyulmalı və bölgədə davamlı sülhün təmin olunması üçün iki dövlətli həll yolu əsas şərtdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar