Ru
16:57 / 19 İyul 2025

Ərdoğan sabah Şimali Kiprə səfər edəcək

Ərdoğan sabah Şimali Kiprə səfər edəcək
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Şimalı Kipr Türk Respublikasına (ŞKTR) səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhənəddin Duran sosial media səhifəsində bildirib.

Məlumata görə, Ərdoğan Sülh və Azadlıq Bayramı Kipr Sülh Əməliyyatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərə qatılacaq.

Bildirilib ki, Prezident Ərdoğan ziyarət çərçivəsində ŞKTR Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin töhfələri ilə həyata keçiriləcək bəzi layihələrin təməlqoyma və açılış mərasiminə qatılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar