Ru
23:10 / 20 İyul 2025

“Yatmış şahzadə” vəfat etdi

“Yatmış şahzadə” vəfat etdi
Eye

Səudiyyə Ərəbistanının “yatmış şahzadəsi” Əl-Valid bin Xalid bin Talal əl Səud 36 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə onun atası şahzadə Xalid bin Talal bin Əbdüləziz sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, şahzadə Londonda oxuyarkən avtomobil qəzasında ağır kəllə-beyin travması alıb və iyirmi ildən çox komada qalıb. Onun qəza vaxtı 16 yaşı olub.

Bu illər ərzində həkimlər dəfələrlə kral ailəsinə şahzadənin sağalma şansının olmadığını, onu süni olaraq həyatda saxlamağın mənasız olduğunu bildiriblər. Lakin ata oğlunun həyatına son qoymaqdan imtina edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar