Ru
23:06 / 20 May 2026

Ərdoğan Trampa başsağlığı verdi

Ərdoğan Trampa başsağlığı verdi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Ərdoğan danışıq zamanı regiondakı münaqişə prosesində atəşkəsin uzadılması qərarını müsbət bir addım kimi qiymətləndirdiyini bildirib. O, ixtilaflı məsələlərdə məntiqli həll yolunun tapılmasının mümkünlüyünə inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.

"Türkiyə dövlət başçısı Suriyada sabitlik mühitinin möhkəmlənməsinin bütün region üçün mühüm bir qazanc olduğunu qeyd edərək, Ankara tərəfindən bu ölkəyə verilən dəstəyin fasiləsiz davam edəcəyini diqqətə çatdırıb. Ərdoğan, həmçinin Livandakı vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının vacibliyini ifadə edib" , - deyə məlumatda vurğulanır.

Ərdoğan ABŞ-nin San-Dieqo şəhərindəki məscidə təşkil edilən hücumla bağlı Trampa başsağlığı verib. O, Türkiyənin hansı dini qrupa qarşı törədilməsindən asılı olmayaraq, bu növ nifrət cinayətlərinin qətiyyətlə əleyhinə olduğunu vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar