Ru
22:12 / 04 Dekabr 2021

Ərdoğanın mitinqində bombalı hücum təşkil etdilər

Ərdoğanın mitinqində bombalı hücum təşkil etdilər
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdə keçirilən mitinqində polis məmurunun avtomobilinin altına qoyulan partlayıcı qurğu son anda zərərsizləşdirilib.

Bakupost.az xəbər verir ki, partlayıcı qurğu istehkamçı qruplar tərəfindən Ərdoğanın çıxışına az qalmış məhv edilib.

Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Siirt ölkənin cənub-şərqində yerləşir. Türkiyə Prezidenti tərəfdarları qarşısında çıxış etmək üçün bu gün Siirtə gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar