Ru
14:36 / 17 Sentyabr 2025

Erməni lobbisi hərəkətə keçdi - Trampın Bakıya dəstəyinin qarşısı alınır?

Erməni lobbisi hərəkətə keçdi - Trampın Bakıya dəstəyinin qarşısı alınır?
Eye

Konqresmen Bred Şerman Amerika Erməni Milli Komitəsinin maliyyə dəstəyi ilə ABŞ-nin Türkiyə və Azərbaycana dəstəyinin bloklanmasını nəzərdə tutan bir düzəliş təklif edib.

Bakupost.az xəbər verir ki, bu dəstəyin yalnız Ermənistanın blokadası aradan qaldırıldıqdan və bütün “erməni hərbi əsirlər” azad edildikdən sonra bərpa olunması təklif edilir.

Şerman eyni zamanda Dövlət Departamentinin sanksiyalaşdırılması ilə bağlı qanuna ikinci bir düzəliş də təqdim edib. Bu düzəliş ABŞ Prezidentinin 907-ci düzəlişi ləğv etmək səlahiyyətini əlindən almağı və Azərbaycana hərbi yardımı əngəlləməyi nəzərdə tutur.

Hər iki təşəbbüs hazırda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə olunur.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar