Ru
23:49 / 17 Sentyabr 2021

"Erməniləri qovaq" kimi elə pafos püskürərəm ki... - REAL-çı

1991
“Hökumətyönlü səhifələrin biri Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıları ölkəyə inteqrasiya edilməsi ilə bağlı yazdığım statusu yarımçıq, məğzini təhrif edərək paylaşıb. Paylaşımın altında söyüş-təhqir doludur, söyüş yazan 10 nəfəri seçib onlara şəxsi mesaj yazdım, təqribən, 6 nəfəri xaricdə olduğu üzə çıxdı, onları boş verdim, mənasız işdir, çoxu kiril əlifbası ilə yazanlar idi, məmləkətdə olanlar isə ya qorxdular elə yazdıqlarına görə, ya da sonda üzr istədilər. Həzərat, sosial şəbəkələr bizə imkan verir ki, nəsə öyrənək, fikir mübadiləsi aparaq, monitor arxasında şirə, bir az üzərinə gedəndə isə toyuğa dönənlər, söyüş-təhqir ifraz edənlər, oxumadan, qanmadan yekəbaş şərhlər yazanlar bu platformanın önəmini, təsirini azaldır”.



Bakupost.az -ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.



“Bizi, REAL-ı isə həm hökumətyönlü, həm də onların güzgüdəki tam əksi olan birhüceyrilələr söyür, təhqir edir, və bu bir mərkəzdən idarə olunur. Çünki hər iki tərəfin boğazına keçmiş sümük kimiyik, populistlərin qənimiyik, bəyəm biz "İravanı alaq", "Xankədiyə mən girərdim", "Erməniləri qovaq" kimi primitiv danışaraq xal qazana bilmərik?! Təbii ki, texniki olaraq mümkündür, elə pafos püskürərəm ki, bəzilərinin yetişmişi dura-dura kalı tökülər, amma etmirik, etmərik, çünki özümüzə, ən vacibi isə sizə - vətəndaşa hörmət edirik, ölkədə diskursun keyfiyyətinin yüksəlməsinə çalışırıq”, – N.Cəfərli qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər