Ru
19:16 / 22 Sentyabr 2020

“Ermənistan sülhə ən böyük maneədir” - Ərdoğan

“Ermənistan sülhə ən böyük maneədir” -  Ərdoğan
Eye

“İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha sübut etdi”.

Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında səsləndirib.

Regiondakı münaqişələrdən söz açan Türkiyə lideri bildirib:

“Bölgədəki münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in qətnamələri ilə mümkün qədər tez həll olunmasının tərəfdarıyıq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar