Ru
13:37 / 20 Sentyabr 2019

Ermənistan İsraildə səfirlik açır - Ekspert Azərbaycan diasporunu qınadı

Ermənistan İsraildə səfirlik açır -  Ekspert Azərbaycan diasporunu qınadı
Eye

“Təəssüflər olsun ki, biz yenə gecikirik”.




BakuPost.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, jurnalist Arye Qut Ermənistanın İsraildə səfirlik açmaq barədə qərarını şərh edərkən deyib.


Onun sözlərinə görə, İsraildə ciddi işlər görməyə ehtiyac var:
“Bu, İsraildə Azərbaycanı ürəkdən sevən qüvvələrə ciddi bir zərbədir. Bizim isə burada güclü, savadlı, intellektual iş aparan diasporumuz yoxdur. Bu gün İsraildə yeyib-içən və Dana Durdana səviyyəsində konsertlər keçirən, Məmməd Əmin Rəsulzadəyə “faşist” deyən diaspor rəhbərlərimiz var. Azərbaycanı ürəkdən sevən insanlarımıza açıq-aydın nifrət edən “qruppamız” var. Bunlar İsraildə bir neçə aydan sonra yaranacaq Ermənistan səfirliyinə hansı qüvvəni göstərə biləcəklər?”


Tanınmış ekspert hesab edir ki, İrsaildə güclü, savadlı Azərbaycan diasporuna ehtiyac var: “Biz özümüzü aldatmağa davam edirik. Reallıq isə odur ki, İsraildə güclü, savadlı, intellektual iş aparan diasporumuza çox böyük ehtiyac var. Bizdə burada böyük potensial var, amma bu insanları və potensialı görmək istəyən yoxdur”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar