Ru
19:24 / 26 Fevral 2026

Ermənistan rusiyalı hərbçiləri Türkiyə ilə sərhəddən çıxardı

Ermənistan rusiyalı hərbçiləri Türkiyə ilə sərhəddən çıxardı
Eye

Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki “Axurik” keçid məntəqəsində Rusiya qoşunlarını əvəz ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 2021-2026-cı illər üçün hökumət proqramının icrası ilə bağlı hesabatda bildirilib.

Mətndə deyilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən idarə olunur.

"2026-cı ilin əvvəlindən etibarən “Axurik” keçid məntəqəsi də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının şəxsi heyəti tərəfindən idarə olunacaq. Hazırda sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının tam nəzarəti altında olmayan aktiv keçid məntəqəsi yoxdur", - deyə hesabatda bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar