Ru
10:21 / 23 İyun 2026

"Ermənistan xəritədən silinəcək: səbəbini açıqlayıram!"

"Ermənistan xəritədən silinəcək: səbəbini açıqlayıram!"
Eye

Erməni analitik Argişti Kiviryan ölkəsində hökm sürən ictimai əhval-ruhiyyəni tənqid edib.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, onun fikirlərini Ermənistan mediası tirajlayıb.

Kiviryan bildirib ki, hazırkı erməni zehniyyəti tamamilə ümidsizlik və qorxudan formalaşıb:

“Türkiyənin bir gün yox olacağına inanan bir türk tapmaq mümkün deyil. Amma ermənilərin 99 faizi Ermənistanın gələcəkdə mövcudluğunu itirə biləcəyini istisna etmir. Onlar düşünürlər ki, Ermənistan adlı dövlət tarix səhnəsindən silinəcək”.

Analitik fikrincə, Ermənistanın sonunu məhz bu düşüncə gətirəcək:

“Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz? Dövlətin tənəzzülü elə buradan – ümidsizlikdən başlayır”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən əvvəl erməni ictimaiyyəti daha çox “Böyük Ermənistan” və “məğlubedilməz erməni xalqı” mifi ilə yaşayırdı. Lakin Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarında əldə etdiyi tarixi zəfər bu mifi dağıtdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar