Ru
22:06 / 05 Fevral 2021

Ermənistanda zəlzələ: Dağıntılar var

5097

Ermənistanın Çəmbərək rayonunda bir neçə dəqiqəlik fasilələrlə 3 dəfə zəlzələ baş verib.


"BakuPost" verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.


Bildirilib ki, əvvəlcə 5.2 bal gücündə, daha sonra isə 3.8 və 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.


Zəlzələnin episentrinin Gürcüstan sərhədindən 81, 80 və 79 kilometr məsafədə, Azərbaycanla sərhəddə yerləşdiyi bildirilib.


Zəlzələ nəticəsində Geqarqunik vilayətində bir neçə tikili dağılıb, yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər