Ru
18:01 / 09 İyul 2026

Ermənistandakı kəndlərimizin aqibəti necə olacaq? – Paşinyanın 2 təklifi

Ermənistandakı kəndlərimizin aqibəti necə olacaq?  – Paşinyanın 2 təklifi
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib.

O deyib ki, birinci varianta görə, anklav və eksklavlar de-yure məxsus olduqları dövlətin ərazisi olaraq qalacaq. İkinci variant isə delimitasiya zamanı tərəflərin ekvivalent ərazilərlə mübadilə aparmasıdır.

Erməni baş nazir həll variantlarının necə olacağının müzakirə mövzusu olduğunu söyləyib.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov delimitasiya prosesi çərçivəsində anklavlar məsələsinin həllinin vacibliyini bildirib.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost.az-a bildirib ki, anklav və eksklav məsələsinin həlli sülh prosesinə də xeyli dərəcədə kömək edə bilər:

“Azərbaycanın hazırda 4 kəndi (Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi) Ermənistan ərazisilə əhatə olunub. Azərbaycan üçün onlar eksklavdır, Ermənistan üçünsə anklav. Məsələnin mahiyyəti odur ki, Gödəbəy rayonundakı Başkənd Azərbaycan üçün strateji əhəmiyyətli yerdir. O cümlədən, Ermənistan eksklavında olan Azərbaycan kəndləri də İrəvan üçün əhəmiyyətli yerdir. Bu mənada hesab edirəm ki, əvvəlki vəziyyətin olduğu kimi qalması, inzibati sərhədlərə uyğun vəziyyətin saxlanılması, yəni ded-yure həmin ölkəyə qalması Azərbaycan tərəfindən sözügedən 4 kəndin və yaxud Ermənistan tərəfindən də Başkəndin idarə olunmasında müəyyən problemlərin yaşanacağı demək olacaq. Çünki onların əsas dövlətə birbaşa çıxışları yoxdur”.

Bu səbəbdən həmsöhbətimiz hesab edir ki, ərazi mübadiləsi variantını müzakirə etmək olar:

“Düzdür, onun da problemləri var. Hüquqi problem odur ki, bunun üçün mütləq referendum keçirilməlidir. Azərbaycan Konstitusiyasına görə, ərazi mübadiləsi referendumla həll olunmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
  • Korlaşan Cəfadar

    Osmanlı Sultanlığı tarixən insani cəmiyyətləri və dövlətini quran ədalət (Demokl) qılncına inamdan sonra Zəka Şahmatından, toxunulmaz-qan tökməz PATa əkilib-iflasa gedib!? Hüquqi BMT, TŞ, Beynəlxalq Məhkəmələr, İnterpol, NATO qəti-kəskinliklə hüququ-haqlını müdafiə, cinayəti ittiham etmirsə, ədalətin bərpasına xalqı azdırıb-yenə də faciə-fəlakət və zərərləri itgilərindən çox sövdələşmələrə lütfen girməyin? Rəsmən ilkən 22 Aprel 1918ci il Zaqafqaz Sosialist Federativ respublikaları, artıq 26-28 May 1918ci il tarixlərində qalan Hüquqi Dünya ilə öz ərazi və digər statuslarına razılıqlarla qeyd də olunublar! Azərbaycanın peşkəş edilmiş 27,3 (113,9-86,6) min kv km ərazisini tarixi və ləğv edilmiş SSRİdən sonra Beynəlxalq Ədalət Verdikti-iddiası bərpa edə bilər? Siyasi atmaca və oyunlar haqq-hüququ niyə basıb-keçsin? Bəlkə, rəsmi Bakı özü sonradan qərbi Zəngəzuru icarəyə verəcək və ya Ermənistana oradan keçən dəhliz yollarından çoxillik işğala təzminat müqabilində pulsuz istifadə-keçid icazəsi verəcək?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar