Maskalı naməlum şəxs Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbi qulluqçusuna və onun həyat yoldaşına hücum edib.
"BakuPost" report-a istinadən xəbər verir ki, Rusiya hərbçisi və onun xanımı müxtəlif xəsarətlər alıblar.
Faktla bağlı Ermənistanın İstintaq Komitəsinin Şirak əyaləti üzrə İstintaq İdarəsində hücum cəhdi faktı üzrə cinayət işi qaldırılıb.