Ru
21:37 / 16 Sentyabr 2026

Toyda skandal: Bəy əsəbləşərək toy tortunu yerə çırpdı - VİDEO

Toyda skandal: Bəy əsəbləşərək toy tortunu yerə çırpdı  - VİDEO
Eye

Qazaxıstanda toy zamanı bəyin tortu yerə çırpması ilə bağlı yayılan video son günlərdə həm Qazaxıstanın sosial media seqmentində (Kaznet), həm də digər regional platformalarda geniş müzakirələrə və rezonansa səbəb olub.

"Bakupost" xəbər verir ki, hadisə toyun ənənəvi tort kəsilməsi mərasimində baş verib.

Məclisi idarə edən aparıcı bəydən toy tortunun ilk tikəsini kimin dadacağını soruşur. Bəzi mənbələr aparıcını təxribatçı sual verməkdə də ittiham edir.

Bəy isə mikrofona "Mənə bu həyatı bəxş edən valideynlərim dadacaq" deyə cavab verir.

Bu cavabdan sonra gəlinin bəyə nəsə deyərək öz narazılığını və emosiyalarını ifadə etdiyi görünür. Gəlinin bu reaksiyasına dözməyən və qəfildən əsəbləşən bəy, hər kəsin gözü qarşısında toy tortunu altlığı ilə birlikdə yerə çırpır aşırır.

Bu görüntülər istifadəçilər arasında birmənalı qarşılanmayıb.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar