Ru
11:34 / 09 Oktyabr 2019

“Eşşək, burada saxlama” – Bakıda yeni “yol nişanı” - FOTO

4712
Bakının mərkəzi küçələrinin birində yeni yol xətlərinin çəkilişi zamanı yolda təhqiramiz ifadə yazılıb.

BakuPost xəbər verir ki, həmin yazı Asif Məhərrəmov küçəsindəki 102 nömrəli poçtdan təxminən 50 addım aralıda, piyadalar üçün nəzərdə tutulmuş yolda qeyd edilib. Ərazidə yaşayan şəxslər iddia edir ki, həmin bu “Eşşək, maşını burada saxlama” cümləsini küçəni təmir edən və xətləmə işlərini aparan qurumun əməkdaşları yazıblar.

Onların sözlərinə görə, xeyli vaxtdır ki, bu küçə təmir olunurmuş. İşlər bu gecə tamamlanıb. Səhər yeni açılmış küçələrini həvəslə seyr edən sakinlər bu ifadədən sözün əsl mənasında diksiniblər: “Görünür, bu yazının küçənin hərəkət edilən hissəsində yazılmasına rəvac vermiş cənablar buradan keçən uşaqlarımıza "nəzakətli danışıq" vərdişləri aşılamaq qərarına gəliblər”.

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur: “Biz xətləmə işləri aparmırıq. Biz yol nişanlarına nəzarət edirik, onların çəkilməsi prosesi isə bizə aid deyil”.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər