Ru
17:48 / 19 May 2026

Estoniyada vurulan PUA kimindir? - Rusiya, yoxsa Ukrayna...

Estoniyada vurulan PUA kimindir? - Rusiya, yoxsa Ukrayna...
Eye

Estoniya hava məkanına daxil olan Pilotsuz Uçuş Aparatının (PUA) Vortsjarv gölü üzərində NATO qırıcısı tərəfindən vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib:

"Radarlarımız Estoniyanın cənubuna doğru hərəkət edən bir PUA qeydə aldı. Zəruri tədbirləri işə saldıq və Baltik Hava Patrulu missiyasını yerinə yetirən NATO qırıcısı PUA-nı vurdu".

Rusiya hava məkanından gələn PUA-lar son aylarda bir neçə dəfə Baltikyanı ölkələrin – Litva, Estoniya və Latviyanın ərazisinə düşüb. Rəsmi qurumlar bu PUA-ların Ukraynaya məxsus olduğunu və Rusiya hədəflərinə yönəlmiş hücumlar zamanı marşrutlarından azdıqlarını təsdiqləmişdilər.

Rusiya isə Latviya, Litva və Estoniyanın öz hava məkanını Ukraynaya məxsus PUA-lara açdığını iddia etmiş, xəbərdarlıqlara məhəl qoyulmayacağı təqdirdə cavab veriləcəyini bildirmişdi. Baltikyanı ölkələr Rusiyanın sözügedən iddialarını rədd etmişdilər.

Gülsüm Baxşəliyeva, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar