Ru
16:00 / 12 Yanvar 2026

Etirazçılar gülləbaran edildi – VİDEO

Etirazçılar gülləbaran edildi – VİDEO
Eye

İran daxilində davam edən genişmiqyaslı etirazlar çərçivəsində təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahdan istifadə etdiyi videolar sosial mediada paylaşılıb.

Bakupost.az xəbər verir ki, paylaşılan görüntülərdə təhlükəsizlik qüvvələrinin kütləyə atəş açdığı görülür. Müxtəlif sosial şəbəkə və xəbər kanallarında yayılan videolar ciddi müzakirələrə səbəb olub.

“Amnesty International” və “Human Rights Watch” kimi hüquq müdafiə qrupları İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı qanunsuz və ölümcül güc tətbiq etdiyi barədə məlumatlar yayıb.

İrandakı etirazlar dekabrın sonundan bəri ölkənin 31 əyalətində yayılıb. Həm rəsmi mənbələr, həm də insan haqları təşkilatlarının verdiyi məlumatlara görə, yüzlərlə etirazçı vətəndaş həlak olub, minlərlə insan isə saxlanılıb.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar