Ru
20:04 / 24 May 2019

ETSN-də bilik yarışı keçirilib - FOTOLAR

3034
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramına həsr olunmuş
bilik yarışı keçirilib.

 

ETSN-dən BakuPost.az-a verilən məlumata görə,
nazirliyin təşkilatçılığı ilə keçirilən yarışda bir sıra dövlət qurumları,
qeyri-hökumət təşkilatları və jurnalistlər iştirak edib.
  Gərgin
və maraqlı mübarizə şəraitində keçən yarış 17 komandadan ibarət olub. "Xəmsə”
formatında üç mərhələdən ibarət olan bilik yarışında yüksək nəticə göstərən 4
komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat
uğrunda mübarizə aparıblar.   Yüksək
bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Əmək və
Əhalinin Müdafiəsi Nazirliyinin komandası birinci, İqtisadiyyat Nazirliyinin
komandası ikinci, Dövlət Turizm Agentliyinin komandası isə üçüncü yeri tutub.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bilik
yarışmasında maksimal nəticə göstərərək qalib gələn komandaların üzvlərini
təbrik edib, onlara daha böyük qələbə uğurları arzulayıb.   Qalib
komandalara diplomlar və mükafatlar təqdim olunub.   Yarışda
qalib olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təmsil edən komandanın
kapitanı Fərid Mirzəyev yarış barədə öz təəssüratlarını bölüşərək, yarışa çox
qısa vaxt ərzində hazırlaşaraq komandalarını formalaşdırdıqlarını bildirib.
"Belə bir böyük tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığımızı
bildiririk. Çox sevinirəm, özümüzü və nazirliyimizi təbrik edirəm. Əsas odur
ki, düzgün istiqamət götürdük. Qalib gəldiyimizə və bizə göstərilən etimadı
doğrultduğumuza görə çox sevincliyik”.  
Bilik
yarışmasının üçüncüsu olan Dövlət Turizm Agentliyinin komandasının üzvi Rüstəm
Mehdizadə bilik yarışının dövlət qurumları arasında ilk dəfə təşkil olunduğunu
bildirib. "Biz də 3-cü yeri qazandığımıza görə sevinirik və fürsətdən istifadə
edib Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramlarını
təbrik edirik”. Tədbirdə iştirak edən komandalar maraqlı yarışmanın təşkilinə
görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlıqlarını bildirib və bu
cür intelektual yarışmaların keçirilməsinin çox vacib olduğunu qeyd ediblər.

 

ETSN-də bilik yarışı keçirilib -  FOTOLAR
ETSN-də bilik yarışı keçirilib -  FOTOLAR
ETSN-də bilik yarışı keçirilib -  FOTOLAR
ETSN-də bilik yarışı keçirilib -  FOTOLAR
ETSN-də bilik yarışı keçirilib -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər