Ru
17:36 / 21 Avqust 2025

“Euronews” azərbaycanlı sənətkar haqqında reportaj hazırlayıb - VİDEO

“Euronews” azərbaycanlı sənətkar haqqında reportaj hazırlayıb - VİDEO
Eye

Avropanın nüfuzlu media orqanlarından biri olan “Euronews”, azərbaycanlı keramika ustası Mir Teymur haqqında xüsusi reportaj yayımlayıb.

Bakupost.az xəbər verir ki, materialda sənətkarın gilin sənətdəki yeri, onun simvolik dəyəri və şəxsi yaradıcılıq fəlsəfəsi geniş şəkildə təqdim olunur.

Reportajda vurğulanır ki, Mir Teymur üçün gil sadəcə material deyil — bu, xatirə, yaradıcılıq və tarix deməkdir. Sənətkarın bu sahəyə olan marağı hələ uşaq yaşlarında başlayıb. Əvvəl plastilinlə formalar düzəldən Teymur, 10 yaşında əsl gil ilə tanış olduqdan sonra bu sənəti öz həyat yoluna çevirib.

Bu gün o, öz emalatxanasını ictimaiyyətə açıq, ödənişsiz bir muzeyə çevirib. İnsanlar buranı ziyarət edərək həm keramika sənəti ilə tanış ola, həm də sənətkarın baxış bucağını birbaşa hiss edə bilirlər.

Mir Teymurun fikrincə, yaradıcılıq yalnız sənət adamları üçün deyil, cəmiyyətin bütün sahələri üçün vacibdir.


Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar