Ru
23:35 / 28 Mart 2026

İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi

İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar:  Çağırış yaşı endirildi
Eye

İranda hərbi xidmət qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, çağırış üçün minimum yaş həddi 12-yə endirilib.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər müavini açıqlayıb.

Bildirilib ki, 12-13 yaşlı yeniyetmələr könüllü əsasda silahlı qüvvələrə qoşulmağa çağırılıb.

Məlumata görə, 12 yaşdan yuxarı uşaqlar kəşfiyyat fəaliyyətlərində iştirak, operativ patrul xidmətində yer alma, "Bəsic" nəzarət-keçid məntəqələrində xidmət, hərbçilər üçün yemək hazırlanması, yaralı əsgərlərə qulluq və digər köməkçi işlərə cəlb olunacaqlar.

Qeyd olunur ki, məktəblilərin cəlb edilməsi proqramı "İranlılar üçün" adlanır.

Telekanal vurğulayır ki, bu qərar İranın uşaqların hərbi əməliyyatlarda istifadəsini qadağan edən beynəlxalq öhdəliklərinə ziddir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar