Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.
Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupunun apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində tapılan şəxslər Ağdaş rayon sakinləridir.
Balıq tutmaq məqsədilə su anbarına gedən 5 nəfər əlverişsiz şərait səbəbindən köməksiz vəziyyətdə qalıb.
Axtarışlar nəticəsində onların yeri su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.
Bir neçə gündür itkin düşən şəxslərin hamısı sağdır.
Hazırda xilasedicilər onların təhlükəsiz əraziyə təxliyə olunması istiqamətində tədbirlər görür.
Faktla bağlı araşdırma aparılır.