Ru
22:12 / 23 Sentyabr 2025

Evdə sistem qoşulması qanunla qadağan edilsin – TƏKLİF

Evdə sistem qoşulması qanunla qadağan edilsin – TƏKLİF
Eye

Bərdədə ev şəraitində tibbi müayinə faciə ilə nəticələnib. Dünən azyaşlı uşağa evdə sistem köçürülüb. Lakin vəziyyəti qəfil pisləşib və azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bu fakt cəmiyyətdə ciddi narahatlıq yaradaraq, evdə özbaşına sistem qoşulmasının nə qədər təhlükəli olduğunu yenidən gündəmə gətirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında həkim məsləhəti olmadan sistem köçürülməsi qadağandır. Lakin paytaxt Bakıda və bölgələrin bir çoxunda bu praktika hələ də davam edir.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb-eksperti Adil Qeybulla ev şəraitində sistem köçürülməsinin dünyanın heç bir ölkəsində mövcud olmadığını bildirib.

O qeyd edib ki, bu, çox ciddi risklər yaradır:

“Mən düşünürəm ki, qərb təbabətinin standartlarını keçmişiksə, bu mövzuda da dönüş etməliyik. Yəni evdə qətiyyən sistem köçürülməsi olmaz. Bu birmənalı şəkildə qadağan edilməlidir. Çünki belə hallar baş verdikdə, şok yaşananda, əl altında heç nə olmur və ölüm halları baş verir. Həkim məsləhəti olsa belə, evdə sistem qoşulması yolverilməzdir. Bu, mütləq şəkildə qanunla qadağan edilməlidir”, – deyə ekspert vurğulayıb.

Adil Qeybulla həmçinin əlavə edib ki, sistem yalnız tibb müəssisələrində, xüsusi avadanlıq və peşəkar həkim nəzarəti altında tətbiq edilməlidir. Əks halda, adi vəziyyət belə qəfil faciəyə çevrilə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar