“Meta” şirkəti “Facebook” platformasında peşəkar hesablar və səhifələr üçün link paylaşımına məhdudiyyət tətbiqinə hazırlaşır.
Bakupost.az “TechCrunch”a istinadən xəbər verir ki, aylıq 14,99 dollar başlayan “Meta Verified” abunəliyi olmayan istifadəçilər gün ərzində yalnız iki link paylaşa biləcəklər. Şirkət hazırda bu tətbiqi sınaqdan keçirir.
Sosial media strateqi Matt Navarra qeyd edib ki, sınağa qatılan istifadəçilər şərhlər və “Meta” platformalarına (“Facebook”, “Instagram”, “WhatsApp”) yönələn linklər paylaşa bilirlər.
Şirkət sözçüsü bildirib ki, “Bu məhdud sımnaqdır və məqsədimiz “Meta Verified” abunəliyinin istifadəçilərə əlavə dəyər gətirib-gətirmədiyini öyrənməkdir.”
Sınaq hazırda peşəkar şəxsi profillər və “Facebook” səhifələrini əhatə edir. Sınaq həmin istifadəçilərə şəxsi profillərini “creator” profilinə çevirməyə və məzmunlarını daha geniş auditoriya üçün əlçatan etməyə imkan verir.
Şirkət əlavə edib ki, yalnız nəşriyyatlar bu testə daxil deyillər, istifadəçilər isə şərhlərdə link paylaşa bilirlər və bu məhdudiyyət onlara tətbiq olunmur.
“Meta”nın şəffaflıq hesabatına görə, ABŞ-dəki baxışların 98%-i linksiz paylaşımlardır. Link paylaşımına məhdudiyyət testinin bu statistikaya qarşı həyata keçirildiyi ehtimal olunur. Hesabatda qeyd olunur ki, linkli paylaşımların çoxu istifadəçinin izlədiyi səhifələrdən gəlir.
Cavid, BakuPost