Ru
13:30 / 08 İyul 2026

Faiz dərəcəsi niyə düşmür? – Kreditlə biznes qurmaq istədinsə, batdın

Faiz dərəcəsi niyə düşmür? – Kreditlə biznes qurmaq istədinsə, batdın
Eye

Azərbaycanda real sektorun inkişafını məhdudlaşdıran əsas amillərdən biri kimi bankların təklif etdiyi yüksək kredit faizləri göstərilir.

Real sektorun əksər sahələrində bizneslərin xalis rentabelliyi bankların effektiv kredit faizlərindən aşağıdır. İqtisadçıların bildirdiyinə görə, Azərbaycanda real sektorun əksər sahələrində gəlirlilik 10-12 faizdən yüksək olmur.
Banklar niyə yüksək kredit faizlərindən əl çəkmir?

İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a bildirib ki, Azərbaycanda kreditlər üzrə faiz dərəcəsi aşağı ola bilməz:
“Çünki, Azərbaycanda pul ucuz deyil. Milli valyutamız olan manata qlobal etibarlılığı da yoxdur. Bunun üçün birinci növbədə iqtisadiyyat inkişaf etməlidir.

Vətəndaş 3-4 faizlə dollarla istiqraz alır, depozit qoyur. Lakin ölkəmizdə heç kim pulunu 3-4 faizlə başqasına borc vermir. Hamı 10-12 və daha yüksək faizlə borc verməyə çalışır”.

Ekspertin sözlərinə görə, yaranmış vəziyyət həmçinin iqtisadiyyatın strukturu, risq amillərilə də bağlıdır:

“Azərbaycanda habelə biznesin alternativ maliyyələşmə mənbələri də yoxdur. Kapital bazarı zəif inkişaf edib, iqtisadiyyatın strukturu bərbad durumdadır. Qeyri-neft ixracı yox dərəcəsindədir. Yəni iqtisadiyyatla bağlı ölkəmizdə ciddi risqlər mövcuddur. Ucuz faizlərin olması üçün kütləvi şəkildə hamı ucuz borc verməlidir ki, bu da indilikdə mümkün deyil”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar