İngiltərənin Northumberland ştatında göyünün sancdığı Endryu Keyn adlı təsərrüfat işçisi ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə "Daily Star" bildirib.
Endrünün anası Reyçel göyünün fermada işləyən oğlunu dirsəyindən dişlədiyini deyib:
"Əvvəlcə həkimlər antibiotiklər təyin etdilər və vəziyyət nəzarət altında idi. Lakin təxminən iki həftə sonra Endryu dostları ilə görüşərkən huşunu itirdi və təcili olaraq xəstəxanaya çatdırılıb. Ona septik şok diaqnozu qoydular. O, bir neçə həftə komada qaldı. Həkimlər onu xilas edə bilmədilər. Heç kim milçək dişləməsinin belə bir faciəyə səbəb olacağını proqnozlaşdıra bilməzdi".
Zaur, BakuPost