Ru
18:32 / 17 Sentyabr 2025

Fikrət Cəfərlinin həbs müddəti uzadıldı

Fikrət Cəfərlinin həbs müddəti uzadıldı
Eye

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərlinin barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Gününsəsinfo.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Fikrət Cəfərli dörd ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Elvin Əliyev Fikrət Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar