Filippində sərnişin bərəsi batıb, nəticədə ən azı 15 nəfər həlak olub, 28-i isə hələ də itkin sayılır.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, “MV Trisha Kerstin 3” adlı nəqliyyat vasitəsinin göyərtəsində 332 sərnişin və 27 ekipaj üzvü olub.
Bərə Minadanao adasından Hol adasına hərəkət edimriş. Hadisə yerindəki şahidlərin sözlərinə görə, fırtınaya düşən gəmi yerli vaxtla saat 01:50-də həyəcan siqnalı verib. Sahil mühafizəsi və yerli qayıqçıların məlumatına görə, gəminin normadan artıq yüklənmədiyi bildirilir.
Filippin Sahil Mühafizəsi bildirib ki, 316 nəfər xilas edilib, 15 sərnişin isə həyatını itirib. Hazırda 28 nəfər hələ də itkin hesab olunur, axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatlara sahil mühafizəsi gəmiləri, helikopterlər və yerli qayıqlar cəlb olunub. Xilas edilənlərin əksəriyyətinə ciddi tibbi yardım tələb olunmayıb.
Hadisənin dəqiq səbəbi hələ araşdırılır, lakin ilkin ehtimallara görə, faciəyə fırtınanın səbəb olub.
Cavid, BakuPost