Ru
13:32 / 26 Yanvar 2026

Ramin Bayramlı sədr seçildi - YENİLƏNİB

Ramin Bayramlı sədr seçildi - YENİLƏNİB
Eye

Məsələ ilə bağlı Manset.az-a danışan Ramin Bayramlı seçkinin çoxdan baş tutduğunu bildirib:


“Bu, may ayında baş tutmuş köhnə bir seçkidir. Xəbərlərdə indi dərc olunur. Mənim ictimai birliyə təsisçiliyim 2018-ci ildən başlayır, burada böyüdüləcək bir məsələ yoxdur”.


“2001-ci ildən Azərbaycan Tibb Universitetinin müəllimiyəm və orda da müəllim kimi davam edirəm. Harada işləməyimdən asılı olmayaraq, həmişə müəllim olmuşam”, - o əlavə edib.


Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə öz ərizəsi ilə vəzifəsindən azad olunub.


***

12:14


Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.


Bakupost.az Unikal.az-a istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.

Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə istefa verərək işdən ayrılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar