Ru
19:21 / 20 Mart 2020

"Formula 1": Azərbaycanda 2 Qran-pri keçirilə bilər

"Formula 1": Azərbaycanda 2 Qran-pri keçirilə bilər
Eye

Avstriyanın "Red-Bull" komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko "Formula 1"in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.

BakuPost.az xəbər verir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib.

H.Marko bildirib ki, cümə məşqləri olmadan 2 günlük uik-end yarışları keçirmək olar.

Məsləhətçi həmçinin bəzi trasslarda 2 Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.

Qeyd edək ki, "Formula 1"də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar